“Azərbaycan” mahnısı Füzulidə özünəməxsus tərzdə səsləndirilib – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Füzuli Şəhəri Günündə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin
benefisiarı, I dərəcə gözdən əlilliyi olan Xaliq Şərifovun ifasında
“Azərbaycan” mahnısı səslənib.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Bildirilib ki, “Dədə Qorqud” filmindən Beyrəyin mahnısı kimi tanınan bu nəğmə
ifaçının səsində yeni həyat qazanıb.
İfaçını İnklüziv Ansambl müşayiət edib. Xor hissəsini görmə məhdudiyyətli
benefisiarlar Səbinə Əsgərova, Xətai Azayev, Çingiz Mustafayev, Ellada Xalıqova
və inklüziv könüllü Firuzə Məmmədzadə səsləndiriblər.