Azərbaycan MDB-nin ən yaxşı kurortlarının beşliyində

Azərbaycan MDB-nin ən yaxşı kurortlarının beşliyində

Baxış sayı: 2. 069 dəfə baxılıb.

“TurStat” analitik agentliyi  2018-ci ildə yay istirahəti üçün ən populyar olan MDB kurortlarının reytinqini hazırlayıb.

ÇıxışYolu.Com xəbər verir ki, reytinq agentliyin rəsmi internet səhifəsində dərc olunub.

Ən yaxşı turistik istiqamətlərin beşliyinə Burabay kurortu (Qazaxıstan), Issık-Gül gölü (Qırğızıstan), Naroç gölü (Belarus), Bilgəh çimərliyi (Bakı) və Göyçə gölü (Ermənistan) düşüb.

Bu kurortlar səyahət xərcləri baxımından da bir-birilə müqayisə edilib. Belə ki, ən ucuz başa gələn istiqamət Issık-Gül (50 dollar) , ən bahalı istiqamət isə Xəzər dənizinin çimərlikləri (100 dollar) göstərilib.

Agentliyin məlumatına görə, sadalanan kurortlarda istirahətin orta müddəti 7-14 gün təşkil edir.  Həmin kurortlara daha çox Moskva, Sankt-Peterburq, Cənubi Ural və Sibir bölgələrindən turistlər yollanır.

.
www.ÇıxışYolu.Com