f095244e-dc17-42ff-852e-6198a23474c4..jpg

Azərbaycan milli mətbəxi və musiqisi Türkmənistanda təqdim olunub

Baxış sayı: 569 dəfə baxılıb.

Azərbaycan milli mətbəxi və musiqisi Türkmənistanda təqdim olunub
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın Türkmənistandakı səfirliyinin təşkilatçılığı ilə paytaxt
Aşqabadda Azərbaycan milli mətbəxi və musiqisi adlı tədbir keçirilib.

Bu barədə diplomatik nümayəndəlikdən bildirilib.

Tədbirdə çıxış edən səfir Qismət Gözəlov Azərbaycan milli mətbəxi və musiqisi,
eləcə də Azərbaycan-Türkmənistan münasibətlərinə dair qonaqlara məlumat verib
və tədbir iştirakçılarını Yeni il münasibətilə təbrik edib. 2023-cü ilin
Azərbaycan üçün uğurlu olduğunu vurğulayan Q.Gözəlov bu gün üçrəngli
bayrağımızın müstəqil Azərbaycanın bütün suveren ərazilərində əzəmətlə
dalğalandığını qeyd edib.

Tədbirdə Türkmənistan Xarici İşlər Nazirliyinin Protokol İdarəsinin rəisi
Nurmuhammet Berdiyev, Türkmənistanda akkreditə olunmuş ABŞ, Türkiyə, Rusiya,
Pakistan, Yaponiya başda olmaqla xarici diplomatik missiyaların rəhbərləri və
nümayəndələri, eləcə də ictimaiyyət təmsilçiləri və Türkmənistanda yaşayan
azərbaycanlılar iştirak ediblər.

Tədbirdə iştirak edən səfirlər çıxış edərək, təbriklərini çatdırıblar,
ölkəmizə və Azərbaycan xalqına xoşbəxtlik, rifah və tərəqqi arzulayıblar.

Ziyafətdə milli mətbəximizin ləziz yemək və şirniyyatları təqdim olunub.
Azərbaycan milli musiqi nümunələri səsləndirilib.

Eyni zamanda tədbirdə Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti, xalça
sənəti və turizm potensialı ilə bağlı materiallar, milli musiqi alətlərimiz,
eləcə də “Made in Azerbaijan” brendinin məhsulları nümayiş etdirilib və
qonaqlara təqdim olunub.

Source link