c00619c2-00af-4a9c-b9ae-feb069cbfa31..jpg

Azərbaycan millisi Avropa çempionatında daha bir medal qazanıb

Baxış sayı: 617 dəfə baxılıb.

Azərbaycan millisi Avropa çempionatında daha bir medal qazanıb

Azərbaycan millisi Estoniyanın paytaxtı Tallində keçirilən taekvondo üzrə
böyüklər arasında olimpiya çəki dərəcələri üzrə Avropa çempionatında daha bir
medal qazanıb.

“Report”un məlumatına görə, +80 kq çəki dərəcəsində Həmidreza Badrialiabadi
fəxri kürsünün ikinci pilləsinə yüksəlməklə gümüş medala yiyələnib. Daha öncə
millinin heyətində Cavad Ağayev (68 kq) də ikinci yeri tutub.

Estoniyada keçirilən gənclərin Avropa çempionatında da komandamız hələlik iki
medala sahib olub. Səlimə Quliyeva (42 kq) gümüş, Məhəmməd Həsənli (45 kq)
bürünc mükafat qazanıb.

Qeyd edək ki, hər iki yarış avqustun 26-da başa çatacaq.

Source link