551960ae-3334-44e9-81af-649c8e8179e5.jpg

Azərbaycan millisi Avropa Kubokunu dördüncü pillədə başa vurub

Baxış sayı: 328 dəfə baxılıb.

Cüdo üzrə Azərbaycan komandası Çexiyanın paytaxtı Praqada keçirilən Açıq
Avropa Kubokunun ümumi hesabında 4-cü yeri tutub.

Cixisyolu.com xəbər verir ki, idmançılarımız yarışda üç medal qazanıblar.

Rəşid Elkiyev (66 kq) turnirin qalibi, Hüseyn Allahyarov (60 kq) və Camal
Həmzətxanov (+100 kq) isə gümüş mükafatçı olub. Yekun nəticədə Azərbaycan
millisi İtaliya, Ukrayna, İsrail, Kanada və bir çox başqa ölkələri qabaqlayıb.

Birinci yerdə Fransa (6-4-6) qərarlaşıb, Almaniya ikinci (2-0-3), Niderland
isə üçüncü (1-3-4) olub.

Source link