3a717178-d58e-4e9b-995c-b4a3cdb924fa..jpg

Azərbaycan millisi Bakıda keçirilən çövkən üzrə dünya çempionatının qalibi olub – FOTO

Baxış sayı: 1. 053 dəfə baxılıb.

Azərbaycan millisi Bakıda keçirilən çövkən üzrə dünya çempionatının qalibi
olub – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Atçılıq Federasiyasının təşkilatçılığı ilə Binə Atçılıq Mərkəzində,
ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Milli Atçılıq
Festivalı başa çatıb.

Bu gün çövkən üzrə dünya çempionatının üçüncülük uğrunda və final oyunları
keçirilib.

Günün ilk, çempionatın yeddinci matçı Özbəkistan və Polşa, final oyunu isə
Azərbaycan və Mərakeş komandaları arasında olub.

Özbəkistana beş cavabsız qolla qalib gələn Polşa yığması bürünc medallara
sahib çıxıb. Qarşılaşmada Marek Setkieviç (3), Marta Şostak (1) və Marianna
Olbrix (1) fərqlənməyi bacarıblar.

Finalda Mərakeşi 4:0 hesabı ilə üstələyən Azərbaycan millisi isə dünya
çempionu olub. Rəqib komandanın qapısından qolları Tərlan Qurbanaliyev (2),
Şamil Budaqov (1) və Şahmar Nağızadə keçiriblər.

Mundialın bombardiri altı qolla Tərlan Qurbanaliyev olub.

Sonda dörd, beşinci və altıncı yerin sahiblərinə çempionatda iştirak
etdiklərinə görə təşəkkürnamə, ilk üç yeri tutanlara isə müvafiq olaraq, qızıl,
gümüş və bürünc medallar, həmçinin fəxri diplom, dünya çempionu olan Azərbaycan
yığmasına kubok təqdim edilib.

Source link