31c0232c-5d05-422c-8e05-75b6e2948dbb..jpg

Azərbaycan millisi Belçikada – YENİLƏNİB

Baxış sayı: 525 dəfə baxılıb.

Azərbaycan millisi Belçikada – YENİLƏNİB
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

AVRO-2024-ün seçmə mərhələsinin sonuncu turunda Belçika ilə üz-üzə gələcək
Azərbaycan millisi Brüsselə çatıb.

“Report”un verdiyi məlumata görə, Azərbaycan Hava Yollarına məxsus təyyarə
altı saatlıq uçuşun ardından hava limanına enib.

Qeyd edək ki, Azərbaycan millisi ötən gün Bakıda İsveçi üç cavabsız qolla
üstələyib. Noyabrın 19-da reallaşacaq Belçika – Azərbaycan görüşü Bakı vaxtı
ilə saat 21:00-da başlayacaq.

16:18

AVRO-2024-ün seçmə mərhələsinin sonuncu turunda Belçika ilə üz-üzə gələcək
Azərbaycan millisi səfərə yollanıb.

“Report”un Brüsselə ezam olunan əməkdaşı xəbər verir ki, yığma üzvləri çarter
reysi ilə sözügedən ölkəyə gediblər.

AFFA-nın baş katibi Sərxan Hacıyev, vitse-prezident Vaqif Sadıqov, İcraiyyə
Komitəsinin üzvü İsgəndər Cavadov, Peşəkar Futbol Liqasının prezidenti Elxan
Səmədov və “Qəbələ”nin prezidenti Fariz Nəcəfov da səfərə yollanıblar.

Qeyd edək ki, Azərbaycan millisi ötən gün Bakıda İsveçi üç cavabsız qolla
üstələyib. Noyabrın 19-da reallaşacaq Belçika – Azərbaycan görüşü Bakı vaxtı
ilə saat 21:00-da başlayacaq.

Source link