Azərbaycan millisi bu gün son oyununu keçirəcək
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
18 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi Latviyada keçirilən
Şərqi Avropa Zonal Assosiasiyası (EEVZA) çempionatında bu gün sonuncu oyununa
çıxacaq.
Cixisyolu.com xəbər verir ki, Şahin Çatmanın baş məşqçisi olduğu kollektiv
Gürcüstanla qarşılaşacaq.
Dauqavpils şəhərində gerçəkləşəcək matç Bakı vaxtı ilə saat 13:00-da
başlayacaq.
Azərbaycan millisi buna qədər turnirdə Latviya, Ukrayna, Estoniya, Litva və
Polşaya qarşı keçirdiyi görüşlərin hamısında rəqiblərinə 0:3 hesabı ilə məğlub
olub.
Qeyd edək ki, AVRO-2024-ə seçmə xarakter daşıyan yarışın reqlamentinə əsasən,
çempion olacaq komanda qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.