Azərbaycan millisi dünya çempionatında beş idmançı ilə çıxış edəcək

Baxış sayı: 3. 498 dəfə baxılıb.

Azərbaycan millisi dünya çempionatında beş idmançı ilə çıxış edəcək

6-13 aprel tarixlərində Gürcüstanın Batumi şəhərində kişilər və qadınlar arasında ağır atletika üzrə Avropa çempionatı keçiriləcək. 

ÇıxışYolu.Com xəbər verir ki, 42 ölkədən 401 atletin (187 qadın və 214 kişi) iştirak edəcəyi yarışda Azərbaycan yığma komandasının üzvləri də mübarizəyə qoşulacaq. 

Asif Məmmədovun rəhbərliyi altında körpücük üzərinə qalxan millimiz aşağıdakı beş idmançı ilə təmsil olunacaq:

Kənan Xəlilov (73 kq), Kənan Əliquliyev (81 kq), Nailxan Nəbiyev, Kamran İsmayılov (hər ikisi – 96 kq), Əliş Nəzərov (102 kq).