47d401e1-31c7-4dcc-9cef-2a32332f7b33..jpg

Azərbaycan millisi İstanbulda Türkiyə yığmasına qalib gəlib

Baxış sayı: 705 dəfə baxılıb.

Azərbaycan millisi İstanbulda Türkiyə yığmasına qalib gəlib

İstanbul şəhərində təlim-məşq toplanışında olan 17 yaşadək (U-17)
futbolçulardan ibarət Azərbaycan millisi yoldaşlıq oyununda Türkiyənin müvafiq
yaş qrupundan ibarət komandasına qalib gəlib.

Cixisyolu.com xəbər verir ki, qarşılaşma təmsilçimizin 2:1 hesablı qələbəsi ilə
yekunlaşıb.

U-17-nin qollarını 81-ci dəqiqədə Ümid Səlimov, 89-cu dəqiqədə isə Emin
Feyzullayev vurub. Bu komandalar arasında növbəti görüş sentyabrın 12-də baş
tutacaq.

Source link