611566b6-f8d1-4ffe-98e2-27e35e844729..jpg

Azərbaycan millisinə görə Ukrayna yığmasında oynamaqdan imtina edib: “Söz vermişdim”

Baxış sayı: 1. 011 dəfə baxılıb.

Azərbaycan millisinə görə Ukrayna yığmasında oynamaqdan imtina edib: “Söz
vermişdim”

Azərbaycan U-21 millisinin futbolçusu Emil Mustafayev Ukrayna yığmasında
oynamaq təklifi alıb.

Bu barədə gənc oyunçu özü məlumat verib. O, Azərbaycan millisinə söz verdiyi
üçün təklifdən imtina etdiyini bildirib.

“Ukrayna Futbol Federasiyasından gənclər millisində oynamaq təklifi var idi.
Amma mən bundan imtina etdim. Çünki ilk təklif Azərbaycandan gəlmişdi.
Razılaşdıq ki, onların komandasında oynayacağam. Ukraynadan təklif gec oldu.
Artıq Azərbaycana uçmalı idim. Bəli, Ukraynada doğulmuşam. Amma mən Azərbaycana
söz vermişdim və sözümə sadiq qaldım”, – deyə Sport.ua 21 yaşlı
yarımmüdafiəçidən sitat gətirib.

E.Mustafayev U-21 millimizdə iki oyuna çıxıb. O, bu mövsüm “Aleksandriya”nın
heyətində Ukrayna Premyer Liqasında dörd matçda iki qol, üç məhsuldar ötürmə
ilə yadda qalıb.

Source link