124b566a-aea1-437d-9bd9-1ec2c6d52376..jpg

Azərbaycan millisinin baş məşqçisi: “Növbəti mərhələ haqqında fikirləşmək tezdir”

Baxış sayı: 575 dəfə baxılıb.

Azərbaycan millisinin baş məşqçisi: “Növbəti mərhələ haqqında fikirləşmək
tezdir”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Növbəti mərhələ haqqında fikirləşmək tezdir. Çünki bizi daha bir oyun
gözləyir”.

Bunu “Report”a açıqlamasında minifutbol üzrə Azərbaycan millisinin baş
məşqçisi Elşad Quliyev Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində
təşkil olunan dünya çempionatında Misiri 4:1 hesabı ilə məğlub etdikləri
oyundan sonra deyib.

Mütəxəssis Küveytlə oktyabrın 31-də baş tutacaq növbəti matça
hazırlaşacaqlarını bildirib:

“Onlar da istəkli komandadırlar. Həmin qarşılaşmaya da ciddi hazırlaşacağıq.
Hər qələbəmiz xalqımızı sevindirir. Növbəti mərhələyə vəsiqəni təmin etsək də,
bütün görüşlərə qələbə əzmi ilə çıxırıq”.

Quliyev Misir yığmasının son Afrika çempionu olduğunu xatırladıb:

“Onlara qarşı xüsusi oyun planı hazırlamışdıq. Misir yığmasının aqressiv
komanda olduğunu da bilirdik. Bu səbəbdən fərqli oyun planı qurduq. Bu da
düşərli oldu. Hazırladığımız plan uğurlu alındı. Bunun sayəsində oyunçularımız
verilən tapşırığı tam yerinə yetirdilər. Nəticədə inamlı qələbə qazandıq”.

Source link