0cc5b689-77b5-4d33-847a-5c244c9746cf..jpg

Azərbaycan millisinin baş məşqçisi: “Rəqiblər əvvəllər bizi saymırdılar, indi hörmət edirlər”

Baxış sayı: 766 dəfə baxılıb.

Azərbaycan millisinin baş məşqçisi: “Rəqiblər əvvəllər bizi saymırdılar, indi
hörmət edirlər”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Favorit olaraq ilk 5-likdə görünürük. Rəqiblər əvvəllər bizi saymırdılar,
indi hörmətlə yanaşırlar. Bu səbəbdən işimiz bir az çətinləşib”.

“Report” xəbər verir ki, bunu Birləşmiş Ərəb Əmirliklərində təşkil olunacaq
dünya çempionatına yollanan minifutbol üzrə Azərbaycan millisinin baş məşqçisi
Elşad Quliyev deyib.

Mütəxəssis komandada ümumi vəziyyətin, əhvali-ruhiyyənin yaxşı olduğunu
bildirib:

“İlk dəfə dünya çempionatına gedirik. Qayıdanda gülə-gülə dönəcəyimizə
inanıram”.

Quliyev qrupdakı rəqibləri araşdırdıqlarını söyləyib:

“Tam olmasa da, 50 faiz məlumatımız var. Daha güclü qrupda yer ala bilərdik.
Reytinqə görə münasib rəqiblərlə düşdüyümüzü deyə bilərik. Birinci oyundan çox
şey asılıdır. Həmin matçdan sonra qrupun vəziyyəti bilinəcək. Minimum hədəf
qrupdan çıxmaqdır. Daha da irəli gedə bilərik. Oyuna diktə edən tərəf olmalıyıq
ki, qalib gələk. Yoldaşlıq görüşlərində də gördük ki, bizə qarşı daha çox
müdafiədən çıxış etməyə üstünlük verirlər. Ümid edirəm ki, oyunçular özlərini
yaxşı tərəfdən göstərə biləcəklər”.

Baş məşqçi son olaraq Bəxtiyar Soltanovun heyətdə yer almamasına toxunub:

“Səhhətində bir az problemlər oldu. İnanıram ki, gələcək qarşılaşmalarda
iştirak edə biləcək”.

Qeyd edək ki, milli dünya çempionatının G qrupunda İraq, Misir və Tunislə
mübarizə aparacaq. Komanda ilk görüşünü oktyabrın 27-də İraqa qarşı keçirəcək.

Azərbaycan yığması son Avropa çempionatının qalibidir.

Source link