659d6501-4c04-4cbe-a935-a1de762d2aba..jpg

Azərbaycan millisinin baş məşqçisi: “Texniki və xırda səhvləri aradan qaldırmalıyıq”

Baxış sayı: 766 dəfə baxılıb.

Azərbaycan millisinin baş məşqçisi: “Texniki və xırda səhvləri aradan
qaldırmalıyıq”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Texniki və xırda səhvlərə yol verdik ki, bunları aradan qaldırmalıyıq. Həmin
səhvlər bu cür gərgin oyunlarda üzə çıxır”.

Bunu 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin baş məşqçisi İlqar
Aslanov ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar
təşkil edilən beynəlxalq turnirdə Belarusa 1:3 hesabı ilə məğlub olduqları
oyunla bağlı danışarkən deyib.

Mütəxəssis AFFA-nın təşkilatçılığı ilə baş tutan turnirdəki çıxışları barədə
Azərbaycan Futzal Federasiyasının Mətbuat Xidməti ilə fikirlərini bölüşüb:

“Bu cür oyunlar gənc futzalçıların təcrübə qazanmaları baxımından çox
vacibdir. Belə turnirlər tez-tez təşkil olunmalıdır. Belarusla avqustda Minskdə
də qarşılaşmışdıq və 1:7 hesabı ilə uduzmuşduq. Bu dəfə hesab sona yaxın 2:1
rəqibin xeyrinə olan zaman qapıçını meydan oyunçusu ilə əvəzlədik. Təəssüf ki,
ani səhvimiz qolla nəticələndi və 1:3 hesabı ilə uduzduq. Ancaq uşaqlarda
özünəinam artıb, əvvəlki görüşlə müqayisədə irəliyə doğru addım atdıqlarını
görürük. Əlbəttə, narazı qaldığım məqamlar oldu”.

U-19-un baş məşqçisi turnir çərçivəsində Mərakeşlə keçiriləcək növbəti turun
matçı barədə də danışıb. O, qarşıdakı rəqibi daha güclü hesab edir:

“Bəzi futzalçılarımız daha inamlı idilər. Bu da onların təcrübələrini
artırmasından qaynaqlanır. Qarşıda Mərakeşlə oyunumuz var. Onlar daha güclü
rəqibdirlər. Oyunlarına baxıb, müəyyən təhlillər edəcəyik. Bu cür turnirlər
təcrübə toplamaq, oyunçuların öz yaşıdlarıyla müqayisədə axsadıqları məqamları
üzə çıxarmaq baxımından çox əhəmiyyətlidir”.

Qeyd edək ki, noyabrın 28-də Bakı İdman Sarayında keçiriləcək Azərbaycan –
Mərakeş oyunu saat 17:00-da başlayacaq.

Source link