Azərbaycan millisinin baş məşqçisi Türkiyə klublarından təklif alıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət
Əsgərov yenidən Türkiyədə işləyə bilər.
Bu barədə AZƏRTAC-a AFFA-nın baş katibi Sərxan Hacıyev məlumat verib.
Onun sözlərinə görə, qardaş ölkənin bir neçə təmsilçisi 36 yaşlı mütəxəssisin
xidmətində maraqlıdır.
Lakin milli assosiasiyanın baş katibi çalışdırıcı ilə maraqlanan komandaların
adlarını açıqlamayıb.
Qeyd edək ki, Siyasət Əsgərov bir neçə gün öncə öz istəyi ilə Türkiyənin
“Fomget” klubundan ayrılıb.