15ad50c9-17e7-40ff-b2f2-94365050797a..jpg

Azərbaycan millisinin basketbolçusu karyerasını bitirir

Baxış sayı: 494 dəfə baxılıb.

Azərbaycan millisinin basketbolçusu karyerasını bitirir
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın qadın basketbolçulardan ibarət 3×3 millisinin üzvü Mersedes
Volker karyerasını bitirməyə hazırlaşır.

Bu barədə AZƏRTAC-a 38 yaşlı basketbolçunun özü məlumat verib.

O, bu ilin sentyabr ayında basketbolla vidalaşacağını bildirib: “Artıq bu
idman növü ilə vidalaşmağın zamanı çatıb. Mənə gözəl günlər bəxş etdiyi üçün
Azərbaycana daim minnətdaram olacağam. Ümid edirəm ki, Olimpiya Oyunlarına
vəsiqə qazanacağıq və möhtəşəm duyğu ilə buranı tərk edəcəyəm”.

Qeyd edək ki, Mersedes Volker 2014-cü ildən Azərbaycan millisinin formasını
geyinir.

Source link