a67fb4d7-d502-49ed-b2d2-8405c516372b..jpg

Azərbaycan millisinin çıxış edəcəyi Avropa çempionatının bütün iştirakçıları müəyyənləşib

Baxış sayı: 624 dəfə baxılıb.

Azərbaycan millisinin çıxış edəcəyi Avropa çempionatının bütün iştirakçıları
müəyyənləşib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Amputant futbolçulardan ibarət komandalar arasında Fransada keçiriləcək Avropa
çempionatının bütün iştirakçıları müəyyənləşib.

Cixisyolu.com-ın məlumatına görə, Azərbaycan millisinin də qatılacağı qitə
birinciliyində 16 komanda mübarizə aparacaq.

İyunun 1-8-i aralığında təşkil olunacaq turnirdə millimizlə yanaşı, Türkiyə,
İngiltərə, Polşa, İspaniya, İtaliya, İrlandiya, Fransa, Almaniya, Gürcüstan,
Ukrayna, İsrail, Yunanıstan, Belçika, Niderland və Şotlandiya komandaları da
qüvvələrini sınayacaqlar.

Martın 16-da Avropa çempionatının püşkatma mərasimi keçiriləcək. Komandalar
hərəsində dörd iştirakçı olmaqla dörd qrupda yer alacaqlar.

Qeyd edək ki, 2017 və 2021-ci illərdə keçirilən ilk iki Avropa çempionatının
qalibi Türkiyə millisi olub.

Source link