“Estoniya ilə matçda üç xal qazanacağımıza inanıram”.
“Report” xəbər verir ki, bunu Azərbaycan millisinin futbolçusu Abbas Hüseynov
Estoniya yığmasına qarşı keçirəcəkləri Millətlər Liqasının oyunundan öncə baş
tutan mətbuat konfransında deyib.
29 yaşlı müdafiəçi sabah qələbə qazanmaq istədiklərini bildirib:
“Sabahkı oyuna yaxşı hazırlaşmışıq. Qələbə qazanmaq istəyirik. Əlimizdən
gələni edib, meydandan yaxşı nəticə ilə ayrılmaq istəyirik. Komandada
əhval-ruhiyyə yüksək səviyyədədir. Estoniya ilə matçda üç xal qazanacağımıza
inanıram”.
Qeyd edək ki, Estoniya – Azərbaycan qarşılaşması oktyabrın 11-də, Bakı vaxtı
ilə saat 20:00-da “Lilleküla” stadionunda keçiriləcək.