10aa7a16-df72-4a14-977c-9e95535d48b1..jpg

Azərbaycan millisinin futbolçusu Niderlandda növbəti qolunu vurdu – FOTO/VİDEO

Baxış sayı: 482 dəfə baxılıb.

Azərbaycan millisinin futbolçusu Niderlandda növbəti qolunu vurdu – FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan millisinin futbolçusu Ozan Can Kökçü Niderlandda baş tutan birinci
divizion oyununda növbəti qolunu vurub.

“Eyndhoven” klubunun heyətində yer alan yarımmüdafiəçi “Utrext”in gənclərdən
ibarət komandası ilə görüşdə son nöqtəni qoyub. Oyunun 90+3-cü dəqiqəsində
vurduğu qolla komandanın qol sayını 5-ə çatdırıb.

Qarşılaşma 5:2 hesabı ilə “Eyndhoven”in xeyrinə başa çatıb.

Xatırladaq ki, “Eyndhoven”də forma geyinən cinah oyunçusu daha əvvəl də
Niderlandda II Liqanın VII turunda “Ayaks”ın gənclərdən ibarət komandasına
qarşı səfər matçının 90+2-ci dəqiqəsində cərimə zərbəsindən vurduğu gözəl qolla
klubuna xal qazandırıb və qarşılaşma 1:1 hesabı ilə başa çatıb.


Source link