Azərbaycan millisinin futbolçusu Rusiya çempionatında qol vurdu

Baxış sayı: 3. 418 dəfə baxılıb.

Azərbaycan millisinin futbolçusu Rusiya çempionatında qol vurdu

Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev Rusiya Premyer Liqasına qayıtdıqdan sonra ilk qolunu vurub. 

ÇıxışYolu.Com xəbər verir ki, “Krılya Sovetov” klubunun hücumçusu Moskva “Lokomotiv”inə qarşı oyunun 69-cu dəqiqəsində fərqlənib. 

Rəqib komandanın qolkiperi ilə üz-üzə qalan Şeydayev fürsəti əldən verməyib. Onun vurduğu qol “Krılya Sovetov” komandasını səfərdə məğlubiyyətdən xilas edib. 

Qeyd edək ki, oyun 2:2 hesabı ilə başa çatıb.