e8479bcf-9d5e-4123-971a-4b5912c52d62..jpg

Azərbaycan millisinin İordaniya qazancı: İrəliləmək mümkün olacaq?

Baxış sayı: 605 dəfə baxılıb.

Azərbaycan millisinin İordaniya qazancı: İrəliləmək mümkün olacaq?

2024-cü ildə keçiriləcək futbol üzrə Avropa çempionatının seçmə mərhələsində
Belçikaya qarşı matç və İordaniya ilə yoldaşlıq oyununun Azərbaycan millisinin
FIFA reytinq sıralamasına necə təsir edəcəyi müəyyənləşib.

Cixisyolu.com-ın hesablamalarına görə, Belçikaya 0:1 hesablı məğlubiyyət yığmanın
aktivindən 1,9 xalın silinməsi ilə nəticələnib.

İordaniya üzərində qələbə isə komandanın reytinqini artırıb. Bu qalibiyyətə
görə millinin aktivinə 6,4 xal əlavə edilib.

Beləliklə, iki oyunun yekununa əsasən, Azərbaycan yığması 4,5 xal irəli düşüb.
Son siyahıda 1142,2 xalı olan komandanın yeni cədvəldə hesabında 1146,7 xal
olacaq.

Hazırda 121-ci pillədə qərarlaşan millinin bu qazancdan sonra irəliləyə
bilib-bilməyəcəyini demək çətindir. Çünki bu ərəfələr oyunlar çox olub və digər
komandaların nəticələri də əhəmiyyət daşıyır. Hələlik yalnız onu demək olar ki,
irəliləmək ehtimalı aşağıdır. Çünki öndəki pillələrdəki komandalarla fərq
böyükdür.

FIFA yeni reytinq cədvəlini sentyabrın 21-də açıqlayacaq.

Faiq Tahirov

Source link