f50c90e6-90d7-4a84-8ed1-217c05a63dd9..jpg

Azərbaycan millisinin kapitanı Macarıstan Kubokunu qazanıb

Baxış sayı: 638 dəfə baxılıb.

Azərbaycan millisinin kapitanı Macarıstan Kubokunu qazanıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvləri Ayşən Abdulazimova
və Marqarita Stepanenko Macarıstan Kubokunun finalında üz-üzə gəliblər.

Cixisyolu.com xəbər verir ki, yığmanın kapitanı A.Abdulazimovanın formasını geyindiyi
“Vasas Obuda” və hücumçu M.Stepanenkonun şərəfini qoruduğu
“Swietelsky-Bekescsaba” komandalarının final qarşılaşmasından birincilər üstün
ayrılıblar.

Rəqibini 3:0 hesabı ilə məğlub edən “Vasas Obuda” növbəti dəfə kubokun sahibi
olub.

Final görüşündə Abdulazimova yeddi dəfə fərqlənib. Millimizin kapitanı hücumda
83 faiz nəticə ilə qarşılaşmada bu göstərici üzrə ən yaxşı oyunçu olub.

Stepanenko isə 15 xal qazanıb. O, 14 dəfə hücumda, 1 dəfə isə blokda fərqlənib.

Source link