f90d772c-3423-4568-b1c6-0b53b00d3806..jpg

Azərbaycan millisinin keçmiş hücumçusu “Napoli”də oynayan oğlunun “Real” eşqindən danışdı – FOTO

Baxış sayı: 566 dəfə baxılıb.

Azərbaycan millisinin keçmiş hücumçusu “Napoli”də oynayan oğlunun “Real”
eşqindən danışdı – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gürcüstan millisinin vingeri Xviça Kvaratsxeliya “Napoli”də oynasa da, “Real
Madrid”ə xüsusi məhəbbəti var.

İnsayder Fabritsio Romanonun məlumatına görə, bu barədə Xviçanın atası,
Azərbaycan milli futbol komandasının keçmiş oyunçusu Badri Kvaratsxeliya
bildirib.

Qeyd edək ki, dünən “Napoli” Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turu
çərçivəsində səfərdə Madrid komandasına2:4 hesabı ilə uduzub
.

“Xviça üçün Madrid “Real”ı ilə oyun xüsusi idi. Ailəmdə məndən başqa hamı
“Real”ı dəstəkləyir. Xviça həmişə “Real Madrid”də oynamaq arzusunda olub və
hələ də arzusundadır. Mən buna tam əminəm”, – deyə Badri Kvaratsxeliya
vurğulayıb.

Qeyd edək ki, X.Kvaratsxeliya bu mövsüm “Napoli”nin heyətində bütün yarışlarda
19 oyun keçirib. O, bu oyunlarda dörd qol vurub və dörd məhsuldar ötürmə edib.
Futbolçunun “partenopeyalı”larla müqaviləsi 2027-ci ilin iyun ayının sonuna
qədər qüvvədədir. “Transfermarkt” internet portalının məlumatına görə,
futbolçunun təxmini dəyəri 85 milyon avrodur.

Bundan əvvəl Madrid “Real”ının Xviça Kvaratsxeliya ilə maraqlandığı
bildirilirdi.

Yeri gəlmişkən, qeyd edək ki, məşqçi Badri Kvaratsxeliya peşəkar futbolçu kimi
karyerasını Gürcüstanda “Dinamo Tbilisi” klubunda başlayıb. 1992-93-cü il
mövsümündə Gürcüstan çempionluğunu qazanıb, daha sonra başqa klublarda oynayıb.
1999-cu ildə Azərbaycana gələrək Gəncənin “Kəpəz” klubunda oynayıb. Çıxış
etdiyi ilk mövsümdəcə ən çox qol vuran oyunçu olub. Daha sonra isə “Şəmkir”
klubuna keçib.

2004-07-ci illərdə Gürcüstanın “Sioni” klubunda köməkçi-məşqçi, 2008-ci ildə
“Standard” klubunda (Bakı) Kaxa Tsxadadzenin köməkçisi, 2009-cu ilin
fevralından iyun ayına kimi isə klubun baş məşqçisi olub. 2011-ci ildə
Tsxinvalinin (Gürcüstan) “Spartak” klubunun baş məşqçisi, 2012-ci ildə isə
Azərbaycanın “Qəbələ” klubunda baş məşqçinin köməkçisi olub.

Source link