Azərbaycan millisinin məşqçisi: “Hər iki komanda yaxşı mübarizə apardı”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Maraqlı oyun alındı. Hər iki komanda yaxşı mübarizə apardı”.
“Report”un məlumatına görə, bunları Azərbaycan millisinin məşqçisi Arif Əsədov
“FIFA series – Edition 2024” layihəsində Bolqarıstan seçməsi ilə 1:1 hesablı
heç-heçə etdikləri oyundan sonra mətbuat konfransında deyib.
Mütəxəssis oyunçuların meydana istəkli çıxdıqlarını bildirib: “Bir neçə
epizoddan yararlana bilmədik. Komanda iki görüşdə istədiyimizin 70 faizini
verdi”.
Əsədov hakimlər haqqında çox danışmaq istəməyib: “Sanki bəzi epizodlarda
əleyhimizə qərar verildi. Belə hallar komandanı bərkidir. Bu qısa müddətdə
istədiklərimi futbolçulara çatdırmaq əsas idi.
Gələcəyə ümidlə baxırıq. Yığmaya cəlb etdiyimiz yeni oyunçular da özlərini
yaxşı tərəfdən göstərə bildilər”.