39ba1892-4ed2-45e0-ae7f-577bbb6df753..jpg

Azərbaycan millisinin məşqçisi: “Məqsədimiz hər iki oyunda qələbə qazanmaqdır”

Baxış sayı: 729 dəfə baxılıb.

Azərbaycan millisinin məşqçisi: “Məqsədimiz hər iki oyunda qələbə qazanmaqdır”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Məqsədimiz qarşıdakı hər iki oyununda qələbə qazanmaqdır”.

“Report” xəbər verir ki, bunu futbol üzrə Azərbaycan millisinin məşqçisi Arif
Əsədov “FIFA series – Edition 2024” layihəsi çərçivəsində Monqolustan və
Bolqarıstanla Bakıda keçiriləcək oyunlar barədə AFFA-nın mətbuat xidmətinə
açıqlamasında deyib.

Yığmada müvəqqəti baş məşqçi vəzifəsini icra edən mütəxəssis uğurlu nəticə
qazanaraq, komandada əhvali-ruhiyyəni yüksəltmək istədiklərini söyləyib. O,
heyətə dəvət edilən debütantlar barədə də fikir bildirib: “Ukraynada çıxış edən
Emil Mustafayev, Türkiyədə oynayan, çoxdandır milliyə çağırılmayan Vüsal
İsgəndərli və “Neftçi”nin qapıçısı Rza Cəfərovu dəvət etdik. Yoldaşlıq oyunları
olduğu üçün onları cəlb etdik ki, baxaq. Adətən, bu cür yoldaşlıq oyunlarında
yeni futbolçular yoxlanılır”.

Arif Əsədov 3 futbolçunun isə U-21 yığmasında iştirakı barədə qərar qəbul
etdiklərini sözlərinə əlavə edib: “U-21-i qarşıda rəsmi oyunlar gözləyir. Ona
görə də komandanın baş məşqçisi Samir Əliyevlə danışdıq ki, Emil Səfərov,
Nəriman Axundzadə və Cəlal Hüseynov İngiltərə və Ukrayna ilə görüşlərdə gənclər
yığmasına kömək etsinlər”.

Qeyd edək ki, Azərbaycan millisi martın 22-də Monqolustanı, 25-də isə
Bolqarıstanı Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edəcək. Hər iki
qarşılaşma saat 20:00-da başlayacaq.

Source link