Azərbaycan millisinin məşqçisi Millətlər Liqasının püşkatma mərasimində
iştirak edəcək
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Futbol üzrə Azərbaycan millisinin məşqçisi Arif Əsədov UEFA Millətlər Liqası
turnirinin 2024/2025 mövsümünün püşkatma mərasimində iştirak edəcək.
“Report”un məlumatına görə, mütəxəssis fevralın 8-də Fransanın paytaxtı
Parisdə baş tutacaq tədbirə qatılacaq.
Əsədovdan başqa, milli assosiasiyanın mətbuat xidmətinin rəhbəri Elnur
Məmmədli də mərasimdə iştirak edəcək. Tədbir Bakı vaxtı ilə saat 21:00-da
başlayacaq.
Qeyd edək ki, C Liqasının 2-ci səbətində qərarlaşan Azərbaycan yığmasının
potensial rəqibləri də məlumdur. Millimiz 1-ci səbətdən Rumıniya, İsveç,
Ermənistan, Lüksemburq, 3-cü səbətdən Şimali Makedoniya, Slovakiya, Şimali
İrlandiya, Kipr, 4-cü səbətdən isə Belarus, Estoniya, Latviya,
Litva/Cəbəllüttariq cütünün qalibi olacaq komandalardan formalaşacaq qrupda yer
alacaq.
Qeyd edək ki, UEFA İcraiyyə Komitəsinin qərarına əsasən, C liqasının 1-ci
səbətində yer alan Ermənistan millimizə rəqib ola bilməz.