f2b2c9fa-9092-44ca-87a4-45a5351b9622..jpg

Azərbaycan millisinin oyunu qadın referiyə tapşırıldı

Baxış sayı: 1. 128 dəfə baxılıb.

Azərbaycan millisinin oyunu qadın referiyə tapşırıldı

İsveç və Azərbaycan milli komandaları arasında Solna şəhərində keçiriləcək
AVRO-2024-ün seçmə mərhələ oyununun təyinatları bəlli olub.

“Report” xəbər verir ki, qarşılaşma Fransadan olan qadın hakimə tapşırılıb.

Referi Stefani Frappara həmyerliləri Mikael Beşebru və Metyü Qrosbost
laynsmanlar qismində köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını
Bastyen Deşepi yerinə yetirəcək.

Qeyd edək ki, martın 27-də “Friends Arena”da oynanılacaq qarşılaşma Bakı vaxtı
ilə saat 22:45-də başlayacaq.

Source link