Azərbaycan millisinin sabiq baş məşqçisi yeni vəzifəyə təyin olunub
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
19 yaşadək (U-19) futzalçılardan ibarət Azərbaycan millisinin sabiq baş
məşqçisi Ağatahir Əzimov yeni vəzifəyə təyin olunub.
Azərbaycan Futzal Federasiyasının mətbuat xidməti xəbər verir ki, 49 yaşlı
mütəxəssis bundan sonra seleksiyaçı-məşqçi kimi fəaliyyət göstərəcək.
Son 4 ildə U-19-a rəhbərlik etmiş A.Əzimov gənc və perspektivli futzalçıların
U-19-a və əsas milliyə qazandırılması istiqamətində işlər görəcək.
Qeyd edək ki, U-19 millimiz Ağatahir Əzimovun rəhbərliyi altında 3 dəfə Avropa
çempionatının əsas mərhələsində iştirak edib.