59e1501a-ec06-43b2-a674-2abba5167eca..jpg

Azərbaycan millisinin Tofiq Bəhramov adına Respublika stadionunda açıq məşqi keçirildi – FOTO

Baxış sayı: 650 dəfə baxılıb.

Azərbaycan millisinin Tofiq Bəhramov adına Respublika stadionunda açıq məşqi
keçirildi – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan milli komandasının “FIFA Series – Edition 2024” layihəsi
çərçivəsində keçiriləcək Monqolustanla matç öncəsi Tofiq Bəhramov adına
Respublika stadionunda açıq məşqi baş tutub.

“Report”un məlumatına görə, hazırlıq prosesində 23 futbolçu iştirak edib.

Məşqə yalnız zədə səbəbindən yığmanın düşərgəsindən ayrılan Aleksey İsayev
qatılmayıb.

Qeyd edək ki, Azərbaycan millisi “FIFA series – Edition 2024” turnirində
martın 22-də Monqolustan, 25-də isə Bolqarıstan ilə qarşılaşacaq. Hər iki görüş
saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Source link