Azərbaycan millisinin üzvü Latviya klubuna keçdi
“Neftçi” futbolçusu Ramin Nəsirlini icarəyə verib.
Klubun mətbuat xidmətinin yaydığı məlumata görə, anlaşmaya əsasən,
“ağ-qaralar”ın yetirməsi olan 20 yaşlı yarımmüdafiəçi bu ilin sonunadək
Latviyanın “Dauqavpils” klubunda çıxış edəcək.
Qeyd edək ki, “Neftçi-2”nin aparıcı futbolçularından olmuş Nəsirli əsas
komandanın heyətində ötən mövsüm 4 (1 qol), bu mövsüm isə bir rəsmi oyunda
meydana çıxıb. O, Azərbaycan U-21 millisinin üzvüdür.