5ca75fce-d0cf-4fb1-82f4-6872628f2017..jpg

Azərbaycan millisinin üzvü Macarıstan Kubokunu qazandı

Baxış sayı: 846 dəfə baxılıb.

Azərbaycan millisinin üzvü Macarıstan Kubokunu qazandı

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin kapitanı Ayşən
Abduləzimova Macarıstan Kubokunun qalibi olub.

Azərbaycan Voleybol Federasiyasının yaydığı məlumata görə, blokçumuzun
komandası “Vaşaş” finalda “Bekesşaba” klubu ilə qarşılaşıb. Komanda 3:2 hesablı
qələbə ilə ölkə kubokuna sahib çıxıb.

Final oyununda millimizin və “Vaşaş”ın kapitanı 14 xal (hücum – 8 xal, 57 %,
blok – 5 xal, eys – 1 xal) qazanıb.

Ayşən Abduləzimova 3-cü dəfə Macarıstan Kubokunu əldə edib.

Source link