Azərbaycan millisinin voleybolçusu kritik vəziyyətdə Bakıya çatdırılıb,
əməliyyat olunub
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycan millisinin və “Xarı Bülbül” (Şuşa) klubunun voleybolçusu Tural
Həsənli əməliyyat olunub.
Bu barədə klub rəsmi “Facebook” hesabında paylaşım edib.
33 yaşlı oyunçunun “Panatinaikos”a qarşı Çelenc Kubokunun 1/16 final
mərhələsinin Yunanıstandakı cavab oyunu ərəfəsində səhhətində problem yaranıb.
Həsənli kritik vəziyyətdə Bakıya çatdırılıb və hava limanından birbaşa
xəstəxanaya aparılıb. Daxili qanaxması olan voleybolçunun bağırsağından ağır
əməliyyat keçirdiyi vurğulanıb. Hazırda onun durumunun qənaətbəxş olduğu
bildirilib.
Qeyd edək ki, “Xarı Bülbül” “Panatinaikos”a 1:3 hesabı ilə uduzaraq yarışda
mübarizəni dayandırıb.