d35f78cd-1822-4857-9b8b-ba9d07cda1ca..jpg

Azərbaycan minifutbol millisinin baş məşqçisi: “Oyunçular özlərinə gələ bilmirlər, məyusdurlar”

Baxış sayı: 664 dəfə baxılıb.

Azərbaycan minifutbol millisinin baş məşqçisi: “Oyunçular özlərinə gələ
bilmirlər, məyusdurlar”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Oyunçularımız dünəndən özlərinə gələ bilmirlər, məyusdurlar”.

Bunu “Report”a açıqlamasında minifutbol üzrə Azərbaycan millisinin baş
məşqçisi Elşad Quliyev Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində
təşkil olunan dünya çempionatının yarımfinalında Qazaxıstana 2:3 hesabı ilə
uduzduqları oyun barədə danışarkən deyib.

Mütəxəssis çox üzgün olduqlarını bildirib:

“Məğlubiyyətə görə təəssüflənirik. Rəqibi yaxşı təhlil etmişdik. Finala vəsiqə
qazana biləcəyimizə də əmin idik. Qazaxıstanın uğuruna kölgə salmaq istəmirəm.
Komanda ölkənin tanınmış futzalçılarından təşkil olunub. Hətta böyük futbol
oynamış bir neçə oyunçu da var. Onlar Meksika və Çexiya kimi dünya
çempionatının əsas favoritlərini mübarizədən kənarlaşdırıblar. Həqiqətən
layiqli və güclü rəqibdir. Məncə, bizim komanda finala daha layiq idi.
Azarkeşlərimiz hansı qol şanslarından yararlana bilmədiyimizi gördülər. Amma
alınmadı”.

Quliyev bu gün Macarıstana qarşı keçirəcəkləri üçüncü yer uğrunda görüşə də
toxunub:

“Futbolçuları bu matça kökləməyə çalışırıq. Vətənə medalla qayıtmağa və
göstərilən etimadı doğrultmağa çalışacağıq”.

Qeyd edək ki, Azərbaycan – Macarıstan qarşılaşması bu gün, Bakı vaxtı ilə saat
18:00-da başlayacaq.

Source link