945a9920-7fd3-432c-806b-6f1db9dfa176..jpg

Azərbaycan minifutbol millisinin debütantı: “İnanıram ki, tarix yazmağa davam edəcəyik”

Baxış sayı: 484 dəfə baxılıb.

Azərbaycan minifutbol millisinin debütantı: “İnanıram ki, tarix yazmağa davam
edəcəyik”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“İnanıram ki, finala adlamaqla tarix yazmağa davam edəcəyik”.

Bunu “Report”a açıqlamasında minifutbol üzrə Azərbaycan millisinin üzvü Eşqin
Tağıyev Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan
dünya çempionatının yarımfinalında Qazaxıstana qarşı keçirəcəkləri oyunla bağlı
danışarkən deyib.

O, azarkeş dəstəyi sayəsində uğurlu çıxışın davamını gətirəcəklərini düşünür:

“Qazaxıstanla matça həm fiziki, həm də psixoloji cəhətdən çox yaxşı
hazırlaşmışıq. Xalqımıza demək istəyirəm ki, bizi sona qədər dəstəkləsinlər.
Onların bizə verdiyi dəstəyi hər gün hiss edirik və bu, komandamıza əlavə güc
qatır. Belə davam etsinlər. Biz də onları sevindirəcəyik”.

28 yaşlı futbolçu 1/4 finalda Bolqarıstan üzərində 3:1 hesablı qələbəyə layiq
oyun sərgilədiklərini düşünür:

“Bolqarıstan önündə çox üstün futbol sərgilədik. Onlar son Avropa
çempionatının bürünc medalçılarıdır. Bütün oyunlara ciddi hazırlaşırıq,
məşqçinin tapşırıqlarını maksimum yerinə yetiririk və bunun bəhrəsini görürük”.

E.Tağıyev qolunda ciddi zədə olmasına baxmayaraq, sona qədər döyüşəcəyini
söyləyib:

“Millidə debütant olduğum üçün ilk dəfədir belə mötəbər turnirdə iştirak
edirəm. Buna baxmayaraq, özümü çox yaxşı hiss edirəm. Düzdür, qolumda ciddi
zədə var. İki yerdən qoluma tikiş qoyulub. Ancaq bu, oyunuma mane olmur. Nə
olur-olsun, sona qədər mübarizə aparacağam”.

Qeyd edək ki, bu gün keçiriləcək Azərbaycan – Qazaxıstan oyunu Bakı vaxtı ilə
saat 20:30-da başlayacaq.

Source link