e60bf834-4459-4282-b8de-f656fb0eca8a..jpg

Azərbaycan minifutbol millisinin qapıçısı: “Rəqib çox qapanmışdı”

Baxış sayı: 749 dəfə baxılıb.

Azərbaycan minifutbol millisinin qapıçısı: “Rəqib çox qapanmışdı”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Oyuna istədiyimiz kimi başlaya bilmədik. Rəqib çox qapanmışdı”.

Bunu “Report”a açıqlamasında minifutbol üzrə Azərbaycan millisinin qapıçısı
Vəli Qafarov Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan
dünya çempionatının 1/8 finalında Portuqaliyanı 3:0 hesabı ilə məğlub etdikləri
oyun barədə danışarkən deyib.

Qolkiper ilk hissədə üzərinə elə də böyük yük düşmədiyini bildirib:

“Baş məşqçi fasilədə bizə necə oynamalı olduğumuzu bir daha xatırlatdı. Bundan
sonra inam və hücumlarımızın kəsəri daha da artdı. Yekunda istədiyimiz nəticəyə
nail olduq. Bütün azarkeşlərə təşəkkür edirəm. Onları sevindirmək üçün
əlimizdən gələni edəcəyik”.

Qeyd edək ki, Azərbaycan millisi bu gün 1/4 finalda Bolqarıstanla üz-üzə
gələcək. Görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Source link