Azərbaycan minifutbol millisinin üzvü: “Ani diqqətsizlik bizə baha başa gəldi”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Ani diqqətsizlik bizə baha başa gəldi”.
Bunu “Report”a açıqlamasında minifutbol üzrə Azərbaycan millisinin üzvü Eşqin
Tağıyev Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan
dünya çempionatının yarımfinalında Qazaxıstana 2:3 hesabı ilə uduzduqları
oyunla bağlı danışarkən deyib.
O, matçın əvvəlində üstün futbol sərgilədiklərini bildirib:
“Hətta ilk hissədən sonra böyükhesablı qələbə barədə də düşünürdük. Çünki
rəqibə imkan vermirdik. Onlardan üstün idik. Sadəcə, ani diqqətsizlik oldu”.
Tağıyev bu gün Macarıstana qarşı keçirəcəkləri üçüncü yer uğrunda görüşə də
toxunub:
“Bürünc medal qazanmaq üçün hər şeyi edəcəyik. Azarkeşləri sevindirmək və
Vətənə medalla qayıtmaq niyyətindəyik”.
Qeyd edək ki, Azərbaycan – Macarıstan qarşılaşması bu gün, Bakı vaxtı ilə saat
18:00-da start götürəcək.