924ad370-c9d6-43b7-ba5f-498907c7e493..jpg

Azərbaycan minifutbol millisinin üzvü: “Portuqaliyaya göz açmağa imkan vermədik”

Baxış sayı: 678 dəfə baxılıb.

Azərbaycan minifutbol millisinin üzvü: “Portuqaliyaya göz açmağa imkan
vermədik”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Portuqaliyaya göz açmağa imkan vermədik”.

Bunu “Report”a açıqlamasında minifutbol üzrə Azərbaycan millisinin üzvü
Mirmehdi Rzayev Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil
olunan dünya çempionatının 1/8 finalında Portuqaliyanı 3:0 hesabı ilə məğlub
etdikləri matç barədə danışarkən deyib.

Oyunçu görüşə çox yaxşı hazırlaşdıqlarını bildirib:

“Oyunumuz da yaxşı alındı. Onların əvvəlki iki görüşünü izləmişdik. Necə
oynamalı olduğumuzu bilirdik. Matça yüksək motivasiya ilə hazırlaşmışdıq.
Əhvali-ruhiyyəmiz ən üst səviyyədə idi. Azərbaycandan dəstək verən azarkeşlər
bizi oyuna yaxşı kökləmişdilər. Portuqaliya kimi futbol ölkəsinin komandasına
qalib gəldiyimiz üçün sevinirik”.

Qeyd edək ki, Azərbaycan millisi bu gün 1/4 finalda Bolqarıstanla üz-üzə
gələcək. Görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Source link