b4a70033-ca0f-46c0-903f-d7e12fd7b416..jpg

Azərbaycan MN Ermənistanın yaydığı açıqlamaları təkzib etdi: YALANDIR!

Baxış sayı: 985 dəfə baxılıb.

Azərbaycan MN Ermənistanın yaydığı açıqlamaları təkzib etdi: YALANDIR!

“Qarşı tərəfin yaydığı məlumat yalandır və dezinformasiya xarakteri daşıyır.
Uydurma və reallığı əks etdirməyən rəqəmlərin əks olunduğu bu cür məlumatlar
ictimaiyyəti çaşdırmaq məqsədi güdür”.

Bu barədə Cixisyolu.com-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, erməni mətbuatının guya Azərbaycan Ordusunun 2022-ci ildəki
itkiləri ilə bağlı yaydığı məlumatlar yalandır.

“Qeyd edək ki, ordumuzun itkiləri barədə ölkə mətbuatında mütəmadi olaraq
rəsmi məlumatlar verilmişdir. Ermənistan mətbuatı ehtiyata buraxıldıqdan sonra
müxtəlif səbəblərdən dünyasını dəyişmiş vətəndaşlar barədə məlumatları belə
ordumuzun döyüş itkiləri kimi qələmə verməyə çalışır. Odur ki,
vətəndaşlarımızı, media nümayəndələrini, həmçinin sosial şəbəkə
istifadəçilərini bu cür həqiqətə uyğun olmayan məlumatları tirajlamamağa
çağırırıq”, – nazirlikdən vurğulanıb

Source link