7e685d75-730e-4e52-a441-dfeda8b984bd..jpg

Azərbaycan müəllimlərinin XVI qurultayı keçiriləcək

Baxış sayı: 681 dəfə baxılıb.

Azərbaycan müəllimlərinin XVI qurultayı keçiriləcək
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

15 – 16 dekabr tarixlərində Bakı Konqres Mərkəzində Azərbaycan müəllimlərinin
XVI qurultayı keçiriləcək.

Elm və Təhsil Nazirliyindən verilən məlumata görə, iki gün davam edəcək
qurultayın birinci günündə “Ümummilli lider Heydər Əliyev və Azərbaycan
təhsili”, “İşğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış”, “Azərbaycan dili
yeni çağırışlar müstəvisində”, “Rəqəmsallaşma, süni intellekt və təhsilin
transformasiyası”, “Ümumi təhsilin məzmununa müasir yanaşmalar”, “Ümumi
təhsilin idarə olunmasına müasir yanaşmalar”, “Peşə təhsili və gələcək üçün
bacarıqlar”, “Müəllim hazırlığı və müəllimlərin peşəkar inkişafının prioritet
məsələləri”, “Elm və ali təhsilin inteqrasiyası”, “Sağlamlıq imkanları məhdud
şəxslərin təhsilə cəlbi: inklüziv, inteqrasiyalı və xüsusi təhsil”,
“Məktəbəqədər təhsilin məzmunu və əhatə dairəsinin genişləndirilməsi”
mövzularında panel sessiyaları keçiriləcək.

Qurultayın ikinci günündə isə “Heydər Əliyev adına təqaüd”ə layiq görülmüş
tələbələrlə görüş”, “İbtidai təhsildə öyrənmə və öyrətmə müxtəlifliyi”,
“Azərbaycan dili və ədəbiyyat fənlərinin tədrisinə yeni yanaşmalar”, “Müasir
dövrdə təbiət fənlərinin tədrisi”, “Müasir dövrdə riyaziyyat fənninin tədrisi”,
“Tarix və coğrafiya fənlərinin tədrisinə yeni baxış”, “Xarici dillərin
öyrənilməsi: yeni imkanlar”, “İncəsənət, texnologiya və fiziki tərbiyə
fənlərinin kamil şəxsiyyətin formalaşmasında rolu”, “İnnovativ layihələr:
STEAM, “Rəqəmsal bacarıqlar” və s.” mövzularında panellər olacaq.

Qeyd edək ki, Azərbaycan müəllimlərinin ilk qurultayı 1906-cı ildə keçirilib.
Qurultay ənənəvi olaraq beş ildən bir təşkil edilir.

Source link