af6b5669-1209-43c6-90fb-11ccace88647..jpg

Azərbaycan Müəllimlərinin XVI Qurultayının ikinci günü keçirilir

Baxış sayı: 506 dəfə baxılıb.

Azərbaycan Müəllimlərinin XVI Qurultayının ikinci günü keçirilir
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Bakıda ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr
olunmuş Azərbaycan Müəllimlərinin XVI Qurultayının ikinci günü keçirilir.

Cixisyolu.com-ın məlumatına görə, tədbirin ikinci günündə panel sessiyaları keçirilir.

“İbtidai təhsildə öyrənmə və öyrətmə müxtəlifliyi”, “Azərbaycan dili və
ədəbiyyat fənlərinin tədrisinə yeni yanaşmalar”, “Müasir dövrdə təbiət
fənlərinin tədrisi”, “Müasir dövrdə riyaziyyat fənninin tədrisi”, “Tarix və
coğrafiya fənlərinin tədrisinə yeni baxış”, “Xarici dillərin öyrənilməsi: yeni
imkanlar”, “İncəsənət, texnologiya və fiziki tərbiyə fənlərinin kamil
şəxsiyyətin formalaşmasında rolu”, “İnnovativ layihələr: STEAM, “Rəqəmsal
bacarıqlar” və s. mövzularında müzakirələr aparılacaq.

Qeyd edək ki, Azərbaycan müəllimlərinin ilk qurultayı 1906-cı ildə keçirilib.
Qurultay ənənəvi olaraq 5 ildən bir təşkil olunur.

İlhamə Əbülfət

Source link