2b78d082-c076-49bf-9ded-fae6c53f66bf..jpg

Azərbaycan musiqisi və rəqsi Çində beynəlxalq sərgidə təqdim edilib – FOTO

Baxış sayı: 633 dəfə baxılıb.

Azərbaycan musiqisi və rəqsi Çində beynəlxalq sərgidə təqdim edilib – FOTO

Azərbaycan musiqisi və rəqsi Çində “VI İpək Yolu Beynəlxalq Mədəniyyət
Sərgisi”nin qala-konsert proqramında təqdim edilib.

Bu barədə Mədəniyyət Nazilriyindən məlumat verilib.

Bildirilib ki, mədəniyyət naziri Adil Kərimlinin rəhbərliyi ilə geniş
nümayəndə heyəti 3-9 sentyabr tarixlərində Çin Xalq Respublikasında səfərdədir.
Nümayəndə heyətində ölkəmizin incəsənət ustaları da təmsil olunur.

Səfər gedişində sənətçilərimiz Çinin Dunhuan şəhərində “VI Beynəlxalq İpək
Yolu Mədəniyyət Sərgisi” çərçivəsində keçirilən “İpək Yolu mədəni irsi və yeni
sivilizasiya formasının qurulması” mövzusunda forumun bədii hissəsində maraqlı
konsert proqramı ilə çıxış ediblər.

Konsertdə Əməkdar artist İlkin Əhmədov, xanəndə Günay İmamverdiyeva Azərbaycan
mahnılarını səsləndiriblər. Azərbaycan Dövlət Rəqs Ansamblının solistləri İnarə
Zeynalova və Aydəmir Aydəmirov Azərbaycan xalq rəqsini ifa ediblər.

Konsert proqramı Günay İmamverdiyeva-İlkin Əhmədov duetinin ifası ilə başa
çatıb. Bütün ifalar böyük maraq və alqışlarla qarşılanıb.

Source link