Bakı NATO-nun keçmiş baş katibi Yens Stoltenberqə Alyans ilə Azərbaycan
arasında əməkdaşlığın möhkəmlənməsinə verdiyi töhfəyə görə minnətdardır.
Cixisyolu.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının NATO yanında
Nümayəndəliyinin başçısı Cəfər Hüseynzadə “X” sosial şəbəkəsindəki hesabında
paylaşım edib.
“Bu gün NATO Yens Stoltenberqlə vidalaşır. Azərbaycan-NATO tərəfdaşlığına
verdiyiniz töhfəyə və bu vəzifədə olduğunuz müddətdə Azərbaycanın suverenliyinə
və ərazi bütövlüyünə göstərdiyiniz dəyişməz dəstəyə görə səmimi təşəkkürümüzü
bildiririk. Sizin 2024-cü ilin martında Bakıya səfərinizi və Azərbaycan
Prezidenti İlham Əliyevlə Azərbaycan-NATO tərəfdaşlığının 30-cu ildönümünə həsr
olunmuş görüşünüzü səmimiyyətlə xatırlayırıq. Sizə gələcək fəaliyyətinizdə
uğurlar arzulayırıq” , – deyə paylaşımda qeyd olunub.
Today, #NATO
bids farewell to Secretary General@jensstoltenberg
sincere gratitude for your contribution to the Azerbaijan-NATO partnership and
your unwavering support for Azerbaijan’s#sovereignty
#territorialintegrity
throughout your distinguished tenure.
We… pic.twitter.com/NcdTuUVJ3p
— Jafar Huseynzada 🇦🇿 (@JafarHuseynzade) October 1, 2024