Azərbaycan nefti BAHALAŞDI
Dünya bazarında “Azeri Light” (CIF) markalı neftin qiyməti artıb.
Cixisyolu.com xəbər verir ki, Azərbaycan neftinin 1 barelinin qiyməti 2,16 ABŞ
dolları, yaxud 2,1 % artaraq 104,85 ABŞ dollarına yüksəlib.
Xatırladaq ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin
aprel ayında minimal səviyyəyə düşərək 15,81 dollar olub, 2008-ci ilin iyulunda
isə maksimum qiymətə – 149,66 dollara satılıb.