Azərbaycan nefti kəskin UCUZLAŞDI
Dünya bazarında “Azeri Light” (CIF) markalı neftin qiyməti azalıb.
Cixisyolu.com xəbər verir ki, Azərbaycan neftinin 1 barelinin qiyməti 5,93 ABŞ
dolları, yaxud 5,46 % azalaraq 102,69 ABŞ dollarına düşüb.
Xatırladaq ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin
aprel ayında minimal səviyyədə – 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə
maksimum qiymətə – 149,66 dollara satılıb.