Azərbaycan OECD ilə vergitutma sahəsində Konvensiya imzalayıb – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bu gün Azərbaycan İqtisadiyyat Nazirliyində İqtisadi Əməkdaşlıq və İnkişaf
Təşkilatının (OECD) nümayəndələri ilə keçirilən görüş çərçivəsində “Vergitutma
bazasının aşınması və mənfəətin köçürülməsinin qarşısının alınması məqsədilə
Vergi Sazişi üzrə tədbirlərin həyata keçirilməsinə dair Çoxtərəfli
Konvensiya”sı imzalanıb.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki
hesabında yazıb.
“100-dən çox ölkənin imzaladığı bu Konvensiyaya tərəfdar çıxmaqla ölkəmizin
qlobal səviyyədə vergidən yayınmanın qarşısının alınması prosesinə öz töhfəsini
vermək niyyətini bir daha vurğuladıq, OECD ilə ikitərəfli əməkdaşlığın
perspektivləri və potensial tərəfdaşlıq istiqamətləri barədə fikirlərimizi
bölüşdük”, – nazir qeyd edib.
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) (@OECD
görüş çərçivəsində “Vergitutma bazasının aşınması və mənfəətin köçürülməsinin
qarşısının alınması məqsədilə Vergi Sazişi üzrə tədbirlərin həyata
keçirilməsinə dair Çoxtərəfli Konvensiya”nı…pic.twitter.com/EhzuFQU56p
— Mikayil Jabbarov (@MikayilJabbarov) November 20, 2023