Azərbaycan Xarici İşlər Nazirliyi Mərkəzi Afrika Respublikasında (MAR) rusiyalı jurnalistlərin qətlə yetirilməsi ilə əlaqədar başsağlığı verib.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə Azərbaycan XİN-in rəsmi “Twitter” səhifəsində məlumat yayılıb.
Başsağlığında deyilir:
“MAR-da faciəli şəkildə öldürülən rusiyalı jurnalistlərin doğmalarına, yaxınlarına və həmkarlarına dərin hüznlə başsağlığı veririk”.
Qeyd edək ki, dünən MAR-da 3 rusiyalı jurnalist – Orxan Camal, Aleksandr Rastorquyev və Kirill Radçenko qətlə yetiriliblər.