52d529f0-10c7-4d86-9daf-38ea0ee35081..jpg

Azərbaycan Ordusu hər il güclənir, peşəkarlığı artır – REPORTAJ + FOTO

Baxış sayı: 741 dəfə baxılıb.

Azərbaycan Ordusu hər il güclənir, peşəkarlığı artır – REPORTAJ + FOTO

Azərbaycan Ordusunun işğaldan azad edilən ərazilərdə dislokasiya olunan
artilleriya bölmələrinin nümunəvi döyüş hazırlığı məşğələsi keçirilib.

“Report”un həmin ərazilərə ezam olunan əməkdaşı xəbər verir ki, artilleriya
bölmələri hərəkətin və hədəfin müəyyən edilməsi tapşırıqlarını yerinə yetirib.

Azərbaycan Ordusunun hərbi qulluqçusu, mayor Valeh Bədrəddinli 2023-cü ilin
döyüş hazırlığı planına uyğun olaraq artilleriya batareyası ilə nəzarət
komitəsinin bir məşğələ keçirdiyini söyləyib. Onun sözlərinə görə, həmin an
batareyalar həyəcan siqnalı ilə daimi dislokasiya məntəqələrini tərk edərək
döyüş təyinatlı rayonlara çıxarılır:

“Bölmə atəş mövqeyində atəş açılana qədər fəaliyyətləri icra edir. Hazırda
durduğumuz yer artilleriya bölməsinin komanda müşahidə məntəqəsidir. Bura
ümumqoşun bölmələri ilə qarşılıqlı əlaqədə olaraq şərti düşməni aşkar edib məhv
etmək üçün təyin olunub”.

V.Bədrəddinli 44 günlük Vətən müharibəsi zamanı ordumuzun döyüş
əməliyyatlarında tətbiq etdiyi nümunələrdən də sitatlar gətirib.

O, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan və Xocavənd istiqamətində gedən
döyüşlərdə yaxından iştirak etdiyini xatırladıb.

V.Bədrəddinli Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə “Cəbrayılın
azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Zəngilanın azad
olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib.

Zabit Azərbaycan Ordusunun peşəkarlığının ildən ilə artdığını vurğulayıb:

“Cənab Ali Baş Komandan İlham Əliyevin orduya göstərdiyi diqqət və qayğı
nəticəsində təminatımız yüksək səviyyədədir. Ordumuzun şəxsi heyəti Aprel
döyüşləri, Tovuz döyüşləri, Vətən müharibəsi, “Qisas” əməliyyatı, həmçinin
sentyabrın 12-14-də Ermənistan silahlı qüvvələrinə qarşı görülən qətiyyətli
cavab tədbirlərində əldə edilən təcrübələrdən, eləcə də müasir döyüş üsul və
vasitələrdən istifadə edərək peşəkarlığını daha da təkmilləşdirib”.

Source link