62a91c1c-8765-4e7b-a4ab-715aa83b07b3..jpg

Azərbaycan Ordusu ilə bağlı “TikTok”da yalan məlumatlar yayan şəxs həbs edildi – YENİLƏNİB

Baxış sayı: 694 dəfə baxılıb.

Azərbaycan Ordusu ilə bağlı “TikTok”da yalan məlumatlar yayan şəxs həbs edildi
– YENİLƏNİB

Azərbaycan Ordusu və hərbçiləri ilə bağlı yalan məlumatlar paylaşan şəxslərlə
bağlı tədbir görülüb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, “TikTok” platformasında feyk profillər vasitəsilə döyüş
əməliyyatları və itkilər olması ilə bağlı yalan məlumatlar paylaşan şəxs –
1998-ci il təvəllüdlü Pərviz Vüqar oğlu İbrahimlinin barəsində Abşeron rayon
məhkəməsinin qərarı ilə 15 sutka inzibati həbs tənbeh tədbiri tətbiq edilib.

13:46

Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə Azərbaycan Ordusu və
hərbçiləri ilə bağlı yalan məlumatlar paylaşan şəxslərlə bağlı tədbirlər görür.

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, davam etdirilən tədbirlərlə “TikTok”
platformasında feyk profillər vasitəsilə döyüş əməliyyatları və itkilər olması
ilə bağlı yalan məlumatlar paylaşan şəxs – 1998-ci il təvəllüdlü Pərviz Vüqar
oğlu İbrahimli polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

Araşdırmalarla onun bu qəbildən olan məlumatları paylaşmaqda məqsədi
öyrənilib. Onun əməllərində inzibati xətanın tərkib əlamətləri olduğundan
barəsində toplanan materiallar baxılması üçün məhkəməyə göndərilib.

Source link