e0611f74-b41c-4e77-afb6-3b890f50f551..jpg

Azərbaycan Ordusu Novruz bayramını qeyd edib – FOTO/VİDEO

Baxış sayı: 553 dəfə baxılıb.

Azərbaycan Ordusu Novruz bayramını qeyd edib – FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi tədbirlər
planına əsasən, Azərbaycan Ordusunun qoşun növləri, Əlahiddə Ümumqoşun Ordu,
hərbi birlik və birləşmə, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində
Novruz bayramı ilə əlaqədar silsilə tədbirlər keçirilib.

Müdafiə Nazirliyindən bildirilib ki, tədbirlərdə ümummilli lider Heydər
Əliyevin və Azərbaycanın azadlığı, suverenliyi, ərazi bütövlüyü uğrunda
şəhidlik zirvəsinə ucalan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik
sükutla yad edilib. Hərbi orkestrlərin müşayiəti ilə Azərbaycan Respublikasının
Dövlət Himni ifa olunub.

Bayram tədbirlərində çıxış edənlər yazın gəlişinin ölkəmizdə sevinc, coşqu və
təntənə ilə qeyd edilməsindən, Novruz ənənələrinin tarixindən, milli-mənəvi
dəyərlərimizdən biri olan Novruz bayramının xalqımız və dövlətimiz tərəfindən
yüksək qiymətləndirilməsindən söhbət açıblar.

Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin
Müzəffər Ali Baş Komandanı İlham Əliyevin Xankəndi şəhərində “Zəfər
meydanı”ndan Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etməsi bütün
xalqımız kimi, Azərbaycan Ordusunun şəxsi heyətinin də böyük ruh yüksəkliyinə
səbəb olub.

İşğaldan azad edilmiş, eləcə də digər ərazilərdə dislokasiya olunmuş hərbi
hissələrdə milli-mənəvi dəyərlərimizin təbliği, şəxsi heyətin döyüş ruhunun və
vətənpərvərlik hissinin daha da artırılması məqsədilə keçirilən tədbirlərdə
dövlətimizin başçısının və müdafiə nazirinin təbrikləri şəxsi heyətə çatdırılıb.

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin, Gəncə Qarnizonu
İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivlərinin iştirakı ilə
konsert proqramları təqdim olunub.

Qeyd edək ki, Azərbaycan Ordusunun hərbi hissələrdə bayram tədbirləri hərbi
qulluqçularımızın sağlamlığına xüsusi diqqət yetirilməsi, şəxsi heyətin
respirator virus infeksiyalara yoluxma hallarının qarşısını alınması məqsədilə
qapalı şəraitdə keçirilib.

Tədbirlər çərçivəsində, həmçinin şəxsi heyət tərəfindən şəhidlərimizin
məzarları ziyarət olunub, hərbi qulluqçular şəhid ailələrinə baş çəkərək
onların qayğı və istəkləri ilə maraqlanıb, bayram sovqatları təqdim ediblər.

Görüşlərdə dövlətimiz tərəfindən şəhidlərimizin xatirəsinin hər zaman uca
tutulduğu, onların ailə və yaxınlarının yüksək diqqət və qayğı ilə əhatə
olunduğu xüsusi qeyd olunub.


Source link