1f3a5c4b-6712-4046-85c3-7b139c74eb58..jpg

Azərbaycan Ordusu üçün minlərlə kilometr təminat yolu qardan təmizləndi – FOTO/VİDEO

Baxış sayı: 1. 063 dəfə baxılıb.

Azərbaycan Ordusu üçün minlərlə kilometr təminat yolu qardan təmizləndi –
FOTO/VİDEO

Çətin relyefli və dağlıq ərazilərdə dislokasiya olunan Azərbaycan Ordusunun
hərbi hissələrində istənilən hava şəraitində xidməti-döyüş fəaliyyətinin
təşkili məqsədilə zəruri tədbirlər həyata keçirilir.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Mühəndis Qoşunlarının digər dövlət qurumları ilə qarşılıqlı
fəaliyyəti nəticəsində təxliyə yollarının daim işlək vəziyyətdə saxlanılması,
avtomobil və döyüş texnikası kalonlarının təhlükəsiz və fasiləsiz hərəkətinin
təmin edilməsi məqsədilə cari ilin yanvar ayı ərzində Kəlbəcər, Laçın və
Daşkəsən rayonları istiqamətində ümumilikdə 3600 km-dək yol qar örtüyündən
təmizlənib.

Azad olunmuş ərazilərimizdə mühəndis təminatı üzrə tədbirlər plana uyğun davam
etdirilir.


Source link